26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan “e-car” və hibrid mühərrikli avtomobillərin idxalını kəskin azaldıb

Azərbaycan 2021-ci ilin ilk ayında xaricdən 4 642 ədəd avtomobil idxal edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan bu avtomobilə görə ölkədən 53.44 mln dollar həcmində vəsait ölkədən xaricə gedib.

İdxal olunmuş avtomobillərin 4 238 ədədi minik avtomobili, 31 ədədi avtobus, 367 ədədi yük avtomobili olmuşdur.

Digər önəmli statistika isə ekoloji tərəfdən daha az zərər vuran avtomobillərin sayının öncəki illə müqayisədə kəskin azalmasıdır.

Azərbaycanda 2021-ci ilin yanvar ayında cəmi 2 ədəd yalnız (2020-ci ilin eyni dövrü: 7 ədəd) elektriklə çalışan və 459 ədəd (2020: 659 ədəd) hibrid mühərrikli avtomobillər idxal olunub.

Son xəbərlər
Digər xəbərlər