Azərbaycan ECO-nun ticarət sazişinə qoşula bilər

Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ticarət sazişinə qoşulmaq dəvəti alıb.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) ilə Asiya və Pasifik İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təşkil edilən SPECA (Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) Ticarət İşçi Qrupunun Aşqabad şəhərindəki “Əlaqələr: SPECA regionunda ticarət və nəqliyyatın davamlı asanlaşdırılması” mövzulu 14-cü sessiyasında ECO-nun Baş katibinin müavini Səid Yahya Əxlaki bildirib.

ECO nümayəndəsi hazırda Əfqanıstan, İran, Pakistan, Tacikistan, Türkiyənin iştirak etdiyi bu sənəd ticarət proseslərini sadələşdirməyi nəzərdə tutur.

“Tranzit habı hesab edilən Türkmənistan regionda mühüm tərəfdaşdır. Türkmənbaşı beynəlxalq dəniz limanı, ölkədəki dəmir yolları beynəlxalq yük daşımalarını asanlaşdıra bilər. Lapis – Lazuli beynəlxalq nəqliyyat dəhlizinin də bir hissəsi olan Türkmənistan Asiyada ticarət həcminin artmasında mühüm rol oynaya bilər”, – S.Əxlaki deyib.

Tədbir zamanı ticarət üzrə, o cümlədən Dünya Ticarət Təşkilatı ilə bağlı məsələlərdə əməkdaşlıq üçün regional əməkdaşlığın inkişafı istiqamətindəki addımlar, bəzi sahələrdə dayanıqlı ticarət prisiplərinin tətbiqi və inkişaf etdirilməsi, SPECA regionunda qeyri-tarif əngəllərinin azalması, həmçinin ticarətin sadələşdirilməsi və bununla bağlı yol xəritəsinin hazırlanması kimi mövzular ətrafında müzakirələr aparılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları