19 C
Baku
Saturday, October 12, 2024

Azərbaycan elektrik enerjisi istehsalını ilk yarımildə 14 mlrd. kVt-saata çatdırıb

2023-cü ilin ilk 6 ayında operativ məlumatlara əsasən Azərbaycanda elektrik enerjisi istehsalı 2.8% artıb.

Banker.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir bildirib ki, 13 mlrd. 907.9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. Bunun da 1 mlrd. 265.2 mln. kVt-saatı ixrac edilib. Ölkə ötən yarımildə 137.5 mln. kVt-s elektrik enerjisi idxal edib.

Yanvar-iyun aylarında istilik elektrik stansiyaları üzrə 12 826.1 mln. kVt-st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 081.8 mln. kVt-st elektrik enerjisi istehsal edilib.

F05PiuZWAAAy4Zc

Son xəbərlər
Digər xəbərlər