17 C
Baku
Tuesday, July 5, 2022

Azərbaycan-Ermənistan sərhədləri hansı xəritələrlə delimitasiya ediləcək? – İlham Əliyevdən AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sərhədlərin müəyyən edilməsi üçün SSRİ-nin hansısa rəsmi xəritəsindən istifadə etmək barədə erməni baş nazir Nikol Paşinyan və Rusiya lideri Vladimir Putinlə onun arasında razılaşma olub-olmadığına aydınlıq gətirib.

“Xəritələrlə bağlı bu günədək hər hansı bir baza mövcud deyil…”.

Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Prezident məsələylə bağlı Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu açıqlayıb:

“Bizim mövqeyimiz ondan ibarətdir ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. Biz yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə – 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi. Lakin ermənilər hiyləgərlik edərək ərazini 42 kilometrə qədər genişləndirdilər və bu gün İranla sərhəd məhz oradan keçir.

Beləliklə, bizim mövqeyimiz ondan ibarətdir ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər. Əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq”.

 

 

Son xəbərlər
Oxşar xəbərlər