24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Azərbaycan Fransadan idxal etdiyi parfum və kosmetik vasitələrin idxalını kəskin artırıb

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin müharibə səbəbindən Azərbaycan ilə Fransa arasında yaranmış gərginliklərə rəğmən, 2021-ci ildə iki ölkə arasında ticarət əlaqələri fərqli istiqamətə irəliləyib.

Banker.az xəbər verir ki, ilin ilk yarısında Azərbaycanın Qərbi Avropa ölkəsi ilə ticarət dövriyyəsinin həcmi  0.11% artımla 138.12 milyon manata çatıb. Burada, 91.32 milyon manatı Azərbaycanın Fransadan idxalı və 46.1 milyon manat isə həmin ölkəyə ixracı olub. Azərbaycan idxalı 10% artırdığı halda, ixracı isə 15% azaldıb.

AZƏRBAYCAN FRANSADAN NƏ ALIR?

Azərbaycan idxal payında Fransa məhsulları olan dərman, parfum, ətirli qida maddələri, kosmetik vəsaitlərə yer verir. Məsələn, 2021-ci ilin birinci yarısında Fransadan 11.77 milyon dollarlıq dərman, 7.82 milyon dollarlıq ətirli qida maddələri 5.2 milyon dollarlıq parfum, 4.94 milyon dollarlıq tiofenləşmiş yağlar və 2 milyon dollarlıq makiyaj kosmetik vasitələr idxal edib.

İdxalda artım əsasən ətir (parfum) idxalında müşahidə edilir. Ötən ilin birinci yarısında Fransadan 33.43 ton həcmində ətir idxal edilmişdisə (idxal dəyəri: 2.58 mln. dollar), 2021-ci ildə bu rəqəm 50.31 tona yüksəlib. Makiyaj məhsullarının idxalı həcmi öncəki ildə 31.7 ton olmuşdusa, cari ilin eyni dövrünə bu rəqəm 33.52 ton olub.

Bütün bu idxalın cavabında Azərbaycan Fransaya 45.74 milyon dollarlıq xam neft sata bilib. Qeyri-neft sektoruna daxil olan ən böyük ixrac məhsulu isə qabığı təmizlənmiş meşə fındığı olub. Fransaya ixrac olunmuş fındığa görə Azərbayhcana 630 min dollar həcmində valyuta gəlib. Bu rəqəm öncəki ildə 228 min dollar idi.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər