Azərbaycan ölkədə geyim istehsalını, xaricdən alışını da artırıb.
Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsaəsən xəbər verir ki, bu ilin ilk 6 ayında ölkədə 59.7 milyon manatlıq geyim istehsal olunub. Ötən ilin ilk yarmilliyi iləmüqayisədə bu ilin eyni dövründə geyim istehsalı 10.7% artıb.
Xaricdən idxalında isə geyim əşyaları və geyim üçün ləvazimatların 15% artım var. Belə ki, bu ilin ilk 6 ayında xaricdən 107 milyon 534 min ABŞ dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib ki, bu da illik müqayisədə 14 milyon 636 min ABŞ dolları (15.7%) çoxdur.