12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan gübrənin satış qiymətində endirim edildi

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti səpin mövsümündə bir neçə adda gübrənin qiymətində endirim edib.

Banker.az xəbər verir ki, xüsusilə də, yeni gətirilmiş nitroammofoksa gübrəsinin qiyməti hazırki bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağıdır.

Fermerlər artıq səpin mövsümündə bitkilərin kök sistemin inkişaf etdirilməsi üçün istifadə etdikləri nitroammafoska gübrəsinin 1 tonunu 800 manata, 50 kq-lıq kisəni isə 40 manata əldə edə bilərlər. Həmçinin, ASC-də satılan ammofos, ammonium sulfat və kalium sulfat gübrələrini də endirimli qiymətlə əldə edə bilərlər.

Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün 1659 Satış Mərkəzinə zəng edərək müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər