4 C
Baku
Thursday, February 22, 2024

Azərbaycan gümüş hasilatını 5 dəfə artırıb

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda 784,3 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% azalma deməkdir. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, cari il iyunun 1-nə 46,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Rəsmi statistikaya əsasən, bu müddətdə gümüş hasilatı isə 4,7 dəfə artaraq 162,3 kq təşkil edib. Hazır məhsul ehtiyatı 23,7 kq olub.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

Report

 

Son xəbərlər
Digər xəbərlər