19 C
Baku
Saturday, May 25, 2024

Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı ilə bağlı Sazişi təsdiqləyib

Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi təsdiqləyib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Sənəd 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanıb.

Fərmanla Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər