9 C
Baku
Wednesday, December 17, 2025

Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigen göndərdi

Azərbaycan yardım olaraq Gürcüstana 100 ton maye tibbi oksigen göndərib.

Banker.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze açıqlama verib. Onun sözlərinə görə, bu, Azərbaycanın humanitar yardımı olub: “Azərbaycan hökumətinin köməkliyi sayəsində operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarük olunub. Gürcüstanda koronaviruslu xəstələrin müalicə olunduğu klinikalar üçün tibbi oksigenin ölkəyə çatdırlmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb”. Z.Pataradze təmənnasız dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Səfir deyib ki, Gürcüstanın klinikalarında maye tibbi oksigen çatışmazlığının aradan qaldırılması üçün Azərbaycanla sıx əməkdaşlıq davam etdirilir.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğasının pik həddi yaşanır. Klinikalarda tibbi oksigendən istifadə göstəricisi üç dəfə artıb. Bu səbəbdən Gürcüstan hökuməti oksigen ehtiyatı yaradır.

Son xəbərlər
Digər xəbərlər