26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Gürcüstana pul köçürmələri 2 dəfə artdı

Azərbaycandan Gürcüstana bu ilin avqust ayında  7.15 milyon ABŞ dolları dəyərində pul köçürülüb.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Gürcüstandan Azərbaycana isə 1.8 milyon dollar pul köçürülüb ki, bu da illik müqayisədə 30% çoxdur.

Cari ilin yanvar-avqust aylarında isə Azərbaycandan Gürcüstana 56.4 milyon dollar pul köçürülüb. Bu da illik müqayisədə 2 dəfə çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər