24 C
Baku
Wednesday, October 5, 2022

Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı

Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifləri artırır.

Martın 1-dən qüvvəyə minəcək yeni tarifə əsasən, qazın qiyməti 10,5 faiz artırılaraq ƏDV də daxil olmaqla 1 kub metrə görə 0,95 tetri təşkil edəcək. Banker.az bildirir ki, bu barədə fed.az adlı mənbə yazır.

SGG-nin yaydığı məlumatda qeyd edilir ki, qiymət dəyişikliyi milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə əlaqədardır.

Qeyd edək ki, indiyədək SOCAR Gürcüstanın regionlarının qazlaşdırılmasına və qaz infrastrukturunun inkişafına 300 milyon dollar yatırıb. Bu da əlavə olaraq yüz minlərlə ailə və kommersiya obyektlərinə təbii qaz almağa imkan verib.

Yeri gəlmişkən, ötən il ərzində Gürcüstanın milli valyutası olan ları dollar qarşısında təqribən 2% ucuzlaşıb. Hazırda Gürcüstanda 1 ABŞ dolları 2,6552 laridir.

Son xəbərlər
Oxşar xəbərlər