22 C
Baku
Sunday, June 26, 2022

Azərbaycan hökuməti ilə BVF arasında məsləhətləşmələr başlanıb

Beynəlxalq Valyuta Fondu IV Maddə üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələrə başlamışdır

19 may 2016-cı il tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurasında Azərbaycan Respublikasını təmsil edən, maliyyə naziri Samir Şərifov BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul etmişdir.
Görüş zamanı ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyət, habelə büdcə parametrləri üzrə fikir mübadiləsi aparılmış, xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar müzakirə olunmuşdur.
BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə göüşləri nəzərdə tutulur.

Son xəbərlər
Oxşar xəbərlər