17 C
Baku
Sunday, April 14, 2024

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıb?

Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunu  açıqlamasında “Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib.

Bununla belə, onun sözlərinə görə, ölkədəki hotellər bayramda boş qalmayıb, xüsusilə regionlardakı hotellərdə daha çox aktivlik müşahidə olunub: “Azərbaycan vətəndaşlarının 90-95 %-i regionlarda istirahət edib. Bu da regionlardakı hotellərin doluluğuna, ictimai iaşə müəssisələrinin fəaliyyətinə müsbət təsir edib. Bəzi bölgələrə, xüsusilə Qəbələ rayonuna sürət qatarı işlədiyi üçün həmin istiqamət turistlər arasında daha populyar olub. Gözlənilən odur ki, Ramazan bayramı ərəfəsində də hotellərdə sıxlıq müşahidə olunacaq. Bakıya gələn turistlərin də sayında artım gözlənilir”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə “Report”a açıqlamasında bildirib ki, bayram günlərində bütün hotellərdə doluluq müşahidə edilib: “Azərbaycanda bayram ərəfəsində turizm sektoru ən yüksək mövsüm kimi qiymətləndirilir. Həm də bir həftəl iş günləri olmadı və vətəndaşlarımız regionlardakı hotellərinə üz tutdular. Demək olar ki, bütün hotellərdə doluluq olub”.

5173a4bb 8ff0 33f2 aa2d d9334d78152bTurizm eksperti qeyd edib ki, sektor koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmləri bərpa etmək üzrədir: “Hələ ki, pandemiyadan əvvəlki rəqəmlərə çatmamışıq. 2019-cu ilin rəqəmlərinə hələ indi çatırıq. Bayram günlərində turistlərdən hər hansı bir şikayət daxil olmayıb. Ramazan ayı olduğu üçün müsəlman ölkələrindən gələnlərin sayı az idi, amma hər halda axın var idi”.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi isə “Report”a açıqlamasında bildirib ki, Novruz bayramı tətilləri turizm sənayesi üçün uğurlu keçib: “Regionlarda 5 ulduzlu hotellərin doluluğu 95-100 % olub. Digər yerləşdirmə vasitələrinin satışı da yüksək olub. Ənənəvi olaraq populyar və daha tanınmış destinasiyalarımız yenə də liderdirlər – Quba, Qusar, Qəbələ, Lənkaran, Astara, Şamaxı-İsmayıllı regionları, Gəncə şəhəri və Göy-Göl əraziləri olub. Xarici turistlərin də sayı gözəçarpan dərəcədə yüksək olub. Deyə bilərəm ki, Bakıda – İçərişəhərdə fəaliyyət göstərən bir çox hotellərin doluluğu yüksək olub. Növbəti həftələrdə açıqlanacaq rəsmi statistika daha ətraflı analiz etməyə imkan verəcək”.

Son xəbərlər
Digər xəbərlər