3 C
Baku
Saturday, March 2, 2024

Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb

Fevralın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının formalaşmış hökumətində yenidən təyin olunmuş Baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, həmkarını Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edən Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla danışan nazir iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər