5 C
Baku
Friday, February 23, 2024

Azərbaycan ildə 200 ev hazırlayacaq – İstehsalı müəssisəsi yaradıldı

Laçında Prefabrik modul evlərin istehsalı müəssisəsi yaradılıb.

Banker.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Prefabrik modul evlərin istehsalı müəssisəsi ilə tanışlıq zamanı məlumat verildi ki, burada ildə 200 ev hazırlanacaq. Prefabrik evlərə qonaq, mətbəx, yataq otaqları və sanitar qovşaq daxildir. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub.

Son xəbərlər
Digər xəbərlər