12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan ilin ilk dörd ayında $433 mln.-luq avtomobil idxal edib

Azərbaycan Respublikasına 2023-cü ilin ilk dörd ayında 433.15 mln. dollar dəyərində avtomobil gətirilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirib.

Bildirilir ki, idxal edilmiş avtomobillərin sayı 29 855 ədəd təşkil edir.

Avtomobil idxalının miqdarı 28% artdığı halda, dəyəri 47% artıb. Bu da o deməkdir ki, hər bir avtomobilə düşən avtomobilin orta qiyməti öncəki ildən daha yüksəkdir.

Cari ilin yanvar-aprel aylarında idxal edilmiş avtomobillərin 27 589 ədədi (382.17 mln. dollar) minik avtomobilləri olub.

 

XİF MN uzrə

malın kodu

Malın adı Miqdarı (ədəd) Statistik dəyəri

(min ABŞ dolları)

Cəmi idxal olunmuşdur o cümlədən:   29 855 433 146.85
8702 Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri 55 3 772.17
8703 Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri 27 589 382 169.04
ondan:
870340, 870350, 870360, 870370 daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri 4 474 88 014.56
870380 yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri 568 23 771.11
8704 Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri 2 061 30 375.41
8705 Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri 150 16 830.23

 

Son xəbərlər
Digər xəbərlər