26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan ilk dörd ayda Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı olub

Bu ilin yanvar-aprel aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 500 milyon 894.1 min ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12.5 faiz çoxdur.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 7.7 faiz payla qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü əsas ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 262 milyon ABŞ dolları dəyərində mal ixrac olunub ki, bu da illik müqayisədə 55.5 faiz çoxdur.

Yanvar-aprel ayları ərzində də Gürcüstan Azərbaycandan 239 milyon ABŞ dolları həcmində mal idxal edib. Bu da ötən ilin eyni göstəricisindən 13.7 faiz azdır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər