Azərbaycan ingilis dili biliklərinə görə ölkələrin reytinqində 85-ci yerdədir

“Education First” təhsil şirkəti ingilis dili biliklərinə görə dünya ölkələrinin reytinqini dərc edib. Qeyd edək ki, qiymətləndirmə prosesində sakinləri ingilis dilli olmayan ölkələr iştirak ediblər.

Bütün ölkələr ingilis dili biliklərinə görə beş qrup üzrə bölünüblər: ən yüksək, yüksək, orta, aşağı və ən aşağı. Analitiklər ölkəmizdəki dil biliklərinin səviyyəsini ən aşağı kimi qiymətləndiriblər – Azərbaycan reytinqdə 85-ci yer alıb.

Qeyd edək ki, ingilis dilli olmayan ölkələr arasında ilk beşliyə Hollandiya, İsveç, Norveç, Danimarka və Sinqapur daxil olub. İngilis dili bilikləri yüksək səviyyədə olan ölkələr arasında Macarıstan, Rumıniya və Serbiya, orta səviyyədə olan ölkələr arasında Kosta-Rika, Fransa və Latviya liderlik edir.  

Asiya və Afrika ölkələrin əksəriyyətində ingilis dili bilikləri ən aşağı səviyyədə qiymətləndirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları