21 C
Baku
Monday, August 15, 2022

Azərbaycan ingilis dili biliyinin çox aşağı olduğu ölkələr sırasına daxil edilib

Azərbaycan İsveçrənin “EF Education First” şirkətinin tərtib etdiyi ingilis dili biliyi üzrə ölkələrin reytinqində 77-ci yerdə qərarlaşıb.

Banker.az bildirir ki, şirkət artıq 8 ildir ingilis dili biliyi üzrə ölkələrin illik reytinqini hazırlayır. 2018-ci ilin reytinqinə 88 ölkə və region daxildir. Bir il ərzində orada dil bacarıqları yoxlanılıb. Yoxlamada ingilis dili daşıyıcısı olmayan 1,3 mln. nəfərdən çox şəxs iştirak edib.

Azərbaycanda keçirilən sınağın nəticələrinə görə, ölkəyə 45,85 bal, o cümlədən kişilərə 43,65 bal, qadınlara isə 46,59% verilib. Müəlliflər Azərbaycan sakinlərinin ingilis dilinə yiyələnmə səviyyəsinin çox aşağı olduğunu müəyyən ediblər. EF qeyd edir ki, bu səviyyə özün haqqında məlumat verməyə, sadə simvolları başa düşməyə və s. imkan verir.

Reytinqə İsveç başçılıq edib. İkinci yerdə Niderland, üçüncü yerdə Sinqapur gəlir. İlk onluğa Norveç, Cənubi Afrika, Lüksemburq, Finlandiya, Sloveniya və Almaniya da daxildir. Özbəkistan, İraq və Liviya isə sakinlərinin ingilis dilinə yiyələnmə səviyyəsinin çox pis olduğu ölkələrdir.

Bu reytinqdə Gürcüstan 45-ci, Türkiyə 73-cü, Rusiya 42-ci, Belarus 38-ci, Ukrayna isə 43-cü yeri tutur.

Interfaks Azərbaycan

Son xəbərlər
Oxşar xəbərlər