2 C
Baku
Saturday, March 2, 2024

Azərbaycan internet bazarına 3-cü “Backbone” provayderi gəlir

Azərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backbone) internet provayderi daxil olur.

Bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-yə verilməsi üçün işlər aparılır.

Hazırda mümkün imkanlar araşdırılır:

“Ölkədə telekommunikasiya sahəsində sağlam rəqabətin təmin edilməsi üçün fərqli operatorların fəaliyyət göstərməsi vacib amildir. “Aztelekom” MMC olaraq, bazarda müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsində maraqlı olmaqla bərabər, hazırkı dövrün yüksək texnologiyaların tətbiq edilməsi üçün mümkün imkanları dəyərləndiririk. Mövcud müştəri tələblərinin qarşılanması üçün uzunmüddətli inkişaf strategiyamızda bu imkanlardan yararlanmağı hədəfləyirik”.

Qeyd edək ki, “Aztelekom” MMC ölkə üzrə fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.

Hazırda Azərbaycanda “Delta Telekom” və “AzerTelecom” MMC-lər “Backbone” internet provayderidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər