19.2 C
Baku
Sunday, September 25, 2022

Azərbaycan internetin sürətinə görə geriləyib

Bu ilin iyul ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında pillə geriləyib və 31.21 MB/S sürətlə 60-cı pillədə qərarlaşıb.

“Speedtest Global Index”in məlumatında deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdə qərarlaşıb ki, bu da iyun ayı ilə müqayisədə 3 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 20.89 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (212.98 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1.85 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120.35 MB/S sürətlə birinci, Kuba isə 4.15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər