10 C
Baku
Bazar, Dekabr 5, 2021

Azərbaycan İnvestisiya Holdinqi Qazaxıstanla əməkdaşlığa başlayır

Azərbaycan İnvestisiya Holdinqi ilə Qazaxıstanın “Samruk-Kazyna” Fondu arasında qarşılıqlı faydalı əməkdaşlığın təməlini qoyacaq Əməkdaşlıq Memorandumu imzalanıb

Banker.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun başçılıq etdiyi nümayəndə heyəti 21-22 oktyabr tarixlərində Qazaxıstana​ işgüzar səfəri zamanı ölkənin milli sərvət fondu “Samruk-Kazyna”nın idarə heyəti ilə görüşüb. ​

“Samruk-Kazyna”nın baş qərargahında keçirilən görüşlərdə tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələr üzrə müzakirələr aparıb, eləcə də hər iki ölkənin sənayeləşməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həmkarları ilə müxtəlif strategiyaları müzakirə edib,​ təcrübə mübadiləsi aparıb.

Son xəbərlər
Oxşar xəbərlər
X