16 C
Baku
Sunday, October 6, 2024

“Azərbaycan İnvestisiya Holdinqi” travel şirkətinə 177 min manatlıq sifariş verdi

“Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsi “Greenvvich Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 177 min manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşlarının 2023-cü il ərzində xarici ölkələrə səfərləri ilə əlaqədar aviabiletlərin alınması və digər ezamiyyə xidmətlərinin təşkili, eləcə də ölkəmizə səfər edəcək xarici nümayəndə heyəti ilə, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin təmsilçilərinin iştirakı ilə işgüzar görüşlərin təşkili xidmətləri nəzərdə tutulub.

Müqavilənin ümumi dəyəri 177 002 manatdır.

Son xəbərlər
Digər xəbərlər