“Azərbaycan İnvestisiya Şirkəti” rebrendinq edib

Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılması, yüksək əlavə dəyərli layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi ilə məşğul olan İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də (AİŞ) ötən il restrukturizasiya həyata keçirilib.

Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, eestrukturizasiya prosesi çərçivəsində AİŞ-in daxili strukturu təkmilləşdirilib, şirkətin yeni investisiya və risklərin idarə olunması siyasətinin, yeni inkişaf strategiyasının hazırlanması, investisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının, digər normativ sənədlər və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb.

Bununla yanaşı, AİŞ rebrendinq edərək yeni şirkət loqosunu təqdim edib və rəsmi internet səhifəsini (www.aic.az) yeni dizaynda istifadəyə verib.

Xatırladaq ki, AİŞ ölkə prezidentinin 30 mart 2006-cı il tarixli “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” sərəncamı ilə yaradılıb. Şirkətin əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək, bununla da ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsinə töhfə verməkdir. AİŞ yerli və xarici investisiyaları, müasir texnologiyaları, “know-how” və elmi yenilikləri Azərbaycana cəlb etməklə, ölkədə rəqabətə davamlı, müasir və səmərəli iqtisadiyyatın inkişafı, habelə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.