“Azərbaycan İnvestisiya Şirkəti” sahibkarlara müraciət edib

0

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) yerli sahibkarları Masallı Sənaye Məhəlləsinin imkanlarından faydalanmağa çağırıb.

Iş adamlarına şirkətin icraçı direktoru Allahverdi Paşayev müraciət edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Hazırda Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyekti fəaliyyət göstərir. Bunların yarısı mebel və mebel aksesuarlarının istehsalı ilə məşğuldur. Mövcud rezidentlər Məhəllənin 10 hektarlıq ərazisinin 4 hektarından istifadə edir. İş adamları qalan 6 hektarda layihələrini həyata keçirə bilərlər. İqtisadiyyat Nazirliyi, o cümlədən AİŞ sahibkarlara infrastruktur təminatı ilə bağlı digər xərclərin ödənilməsində dəstək verəcək”, – deyə o, qeyd edib.

Xatırladaq ki, AİŞ sənaye həhəllələrinin təşkil və idarə edilməsinə nəzarəti həyata keçirir.