12 C
Baku
Sunday, October 27, 2024

“Azərbaycan İnvestisiya Şirkəti” xarici auditor şirkəti seçdi

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyət “Grant Thornton” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə vergi bəyannamələrinin audit xidməti nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 16 min 992 manatdır.

Bildirək ki, Grant Thornton dünyanın yeddinci ən böyük peşəkar xidmət şəbəkəsi olub, biznes, ictimai əhəmiyyətli qurumlar və dövlət sektoru təşkilatlarına vergi, audit və təminat, maliyyə məsləhəti xidmətləri göstərir.

2010-cu ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Farouk Mohamed-dir.

Son xəbərlər
Digər xəbərlər