7 C
Baku
Friday, March 6, 2026

Azərbaycan ipoteka kreditlərinin ucuzluğuna görə qonşu ölkələr arasında lider olub

Azərbaycan 20 il müddətinə verilən ipoteka kreditlərinin illik faiz dərəcəsinin aşağı olmasına görə 103 ölkə arasında 66-cı yerdə qərarlaşıb.

Bu barədə “Numbero” portalının statistik məlumatında deyilir.

Məlumatda qeyd edilib ki, Azərbaycanda ipoteka kreditlərinin illik orta faiz dərəcəsi 8,09%-dir və bu göstərici ilə Azərbaycan qonşu ölkələr arasında ən ucuz ipoteka krediti verən ölkədir. Belə ki, ipoteka kreditlərinin illik faiz dərəcəsi İranda 20,08%, Rusiyada 20,08%, Ermənistanda 11,56%, Türkiyədə 18,62%, Gürcüstanda 12,12% təşkil edir.

Məlumata əsasən, dünyada ipoteka kreditinin illik faiz dərəcəsinin ən ucuz olduğu ölkələr Finlandiya (1,46%), Yaponiya (1,48%) və Slovakiya (1,60%), ən baha olduğu ölkələr isə Argentina (41,50%), Venesuela (22,68%) və İrandır (20,08%).

©APA

Son xəbərlər
Digər xəbərlər