27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır

Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır.

Bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda keçirilən konfranda çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, Azərbaycanda hələ də qeyri-neft sektoruna investisiyaların həcmi aşağı səviyyədədir: “Bunun üçün dövlət sektorunu iqtisadiyyatda vasitəçiyə, özəl sektoru isə əsas lokomotivə çevirmək lazımdır”.

A.Əzimova qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaq üçün iqtisadi islahatları icra edən qurumların potensialının gücləndirilməsinə, sahibkarların baş verən dəyişikliklər barədə mütəmadi məlumatlandırılmasına, sahibkarlıq subyektlərində yoxlamalar aparan qurumların səmərəliyinin artırılmasına, mövcud yoxlama resurslarının daha çox yüksək riskli sahələrə yönəldilməsinə ehtiyac var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər