15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan iqtisadiyyatı 2,4% böyüdü – rəsmi

Azərbaycanda 2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 milyard 825,2 milyon manata çatmış, əhalinin hər nəfərinə düşən ÜDM isə 3 828,1 manata bərabər olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.

ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, sənayedə 2,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 faiz, digər xidmət sahələrində 1,8 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır.

Son xəbərlər
Digər xəbərlər