26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan iqtisadiyyatı ilin ilk 5 ayında 7.2% böyüdü

2022-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard 867.5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.2% iqtisadi artım qeydə alınıb.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.5 faiz, qeyri neft-qaz sektorunda isə 11 faiz artmışdır.

ÜDM istehsalının 54.7 faizi sənaye, 7.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi tikinti, 2.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.3 faizi informasiya və rabitə sahələrinin, 14.5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7.7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 063.1 manata bərabər olmuşdur

Son xəbərlər
Digər xəbərlər