23 C
Baku
Wednesday, October 5, 2022

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11% azalıb

2022-ci ilin yanvar ayında əsas kapitala 658,1 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 11,1 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 474,9 milyon manatı və ya 72,2 faizi məhsul istehsalı sahələrinə, 125,0 milyon manatı (19,0 faizi) xidmət sahələrinə, 58,2 milyon manatı (8,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 362,0 milyon manatını və ya 55,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 399,6 milyon manatı və ya 60,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 83,1 faiz, əhalinin şəxsi vəsaitləri 9,6 faiz, büdcə vəsaitləri 3,5 faiz, sair vəsaitlər 3,1 faiz, bank kreditləri isə 0,7 faiz təşkil etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər