8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 12% artıb

2024-cü ilin yanvar-aprel aylarında əsas kapitala 5230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.8 faiz çox investisiya yönəldilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15.2 faiz artıb.

İstifadə olunmuş investisiyanın 2828,9 milyon manatı və ya 54,1 faizi məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8 faizi) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 4210.1 milyon manatını və ya 80,5 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3687.6 milyon manatı və ya 70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər