16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 19% azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci ilin yanvar-mart aylarında əsas kapitala 2 365.2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19.4 faiz az vəsait yönəldilmişdir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 32,2 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 1761,8 milyon manatı və ya 74,5 faizi məhsul istehsalı sahələrinə, 398,2 milyon manatı (16,8 faizi) xidmət sahələrinə, 205,2 milyon manatı (8,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1231,9 milyon manatını və ya 52,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1768,0 milyon manatı və ya 74,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 67,5 faiz, büdcə vəsaitləri 10,6 faiz, bank kreditləri 8,9 faiz, əhalinin şəxsi vəsaitləri 8,1 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil etmişdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər