31 C
Baku
Monday, June 17, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5% artıb

2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10154,4 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,1 faiz artıb. Ümumi sərmayənin 5993,9 milyon manatı və ya 59,0 faizi məhsul istehsalı sahələrinin, 3500,4 milyon manatı (34,5
faizi) xidmət sahələrinin, 660,1 milyon manatı (6,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.

Ümumi sərmayənin 46,7 faizi dövlət, 53,3 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 72,5 faizi tikinti-quraşdırma işlərinə sərf
edilmişdir.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 75,5 faizini təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 5271,4 milyon manat, büdcə vəsaitləri 3325,0 milyon manat, əhalinin şəxsi vəsaitləri 815,3 milyon manat, sair vəsaitlər 433,6 milyon manat, bank kreditləri 309,1 milyon manat təşkil
edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər