10 C
Baku
Şənbə, Noyabr 27, 2021

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9% azalıb

2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 9560,2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8,0 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 6407,2 milyon manatı və ya 67,0 faizi məhsul istehsalı sahələrinə, 2425,8 milyon manatı (25,4 faizi) xidmət sahələrinə, 727,2 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6303,6 milyon manatını və ya 65,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6388,8 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, bank kreditləri isə 6,3 faiz təşkil etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər
X