26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 4% azalıb

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il mayın 1-nə 21 736,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankın (AMB) verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 2 844,7 mln. manat və ya 11,57%, aprelin 1-nə nisbətən isə 893,4 mln. manat və ya 3,94% azalıb. İqtisadiyyata kredit qoyuluşları keçən ilin analoji dövrü ilə müqayisədə 765,9 mln. manat və ya 3,4% artıb.

Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin fevral-aprel aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması amili göstərilir.

Reportun analitik qrupu 2016-cı ilin may statistikasında iqtisadiyyata kredit qoyuluşlarının daha sərt azalacağını ehtimal edir: “Bunun səbəbi aprel ayında manatın məzənnəsinin dollarla müqayisədə möhkəmlənməsi və bankların kreditləşməni bərpa etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin artması dollar kreditlərinin manat ekvivalentində dəyərini aşağı salıb”.

 

Son xəbərlər
Digər xəbərlər