2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 540.2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.1 faiz az vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 64 faizini təşkil etmişdir.
Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 150.1 milyon manat vəsait yönəldilmişdir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 601.2 milyon manatı (86.8 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur.