8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Azərbaycan iqtisadiyyatında ressesiya proqnozu “ən pis ssenaridə”: 4.3%-ə yüksəldi

2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 64 milyard 709.3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bunun da 6 milyard 93 mln. manatı noyabr ayının payına düşmüşdür.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2.9 faiz, neft-qaz sektorunda isə 6.5 faiz azalmışdır.

233233

Azərbaycanda hökumət cari ilin sentyabrında 3 ssenaridə neftin bir barelinin qiymətinin 35, 40, 45 ABŞ dollarını (və Brent nefti) nəzərdə tuturdu. Hər üç proqnoz bu il Azərbaycanın ümumi daxili məhsulunun həcminin cari ilin sonun qədər azalacağını bildirdi. Bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada deyilirdi.

Hökumətin proqnozuna əsasən baza, 40 $/barel ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3.7 faiz az olmaqla 70.9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2.9 faiz az olmaqla 50.4 mlrd. manat həcmində proqnozlaşdırılır.

23456
Hökumətin bu il və gəən il üçün proqnozu

Yox, əgər, “qara qızıl” qiymətində 5 dollar daha ucuz, yəni 35$/barel səviyyəsində ticarət olunarsa, o zaman, iqtisadiyyatımızın resessiyasının (iqtisadiyatın kiçilməsi) 4.3% yüksəlməsi qaçılmazıdır.

DSK açıqlayıb ki, ÜDM istehsalının 34.0 faizi sənaye, 11.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6.3 faizi tikinti, 2.0 faizi informasiya və rabitə, 1.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 485.7 manata bərabər olmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər