26 C
Baku
Saturday, July 13, 2024

Azərbaycan iqtisadiyyatının ən çox pul yatırılan sahələri açıqlandı – Siyahı

2020-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 716.6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az vəsait yönəldilmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 51.6 faizi sənaye, 20.8 faizi tikinti, 13.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.3 faizi peşə, elmi və texniki fəaliyyət, 2.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1.4 faizi təhsil, hər birində 1.2 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, informasiya və rabitə, 0.7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0.5 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0.4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0.3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 0.2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilmişdir.

mm

Son xəbərlər
Digər xəbərlər