22 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı 3 ssenari hazırlanıb

“Biz artıq 3 istiqamət üzrə ssenari hazırlamışıq”.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Sevinc Həsənova bildirib ki, İqtisadiyyat Nazirliyinin hazırladığı bu ssenarilər Milli Məclisə təqdim edilmir, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunur: “Həm neftin qiyməti, həm iqtisadi artımlar, həm inflyasiya, həm xarici şoklar üzrə ssenarilər hazırdır. Azad olunmuş ərazilərin iqtisadiyyata təsiri də bu sıradadır. Bu təsirləri bu az müddətdə real qiymətləndirmək çətindir. Biz iki ay ərzində bunun üzərində işləmişik”.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər