28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50% azaltmaq barədə razılığa gəliblər

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaqla bağlı razılığa gəliblər.

“Mehr” agentliyi xəbər verir ki, məqsəd “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşdırılmasıdır.

“İran Dəmir Yolları” şirkətinin sədr müavini Hüseyin Aşuri bildirib ki, qərar Moskvada 3 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib. Görüşdə həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı müzakirə edilib.

Üçtərəfli görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana, eləcə də əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə edilən məsələ olub.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər