6 C
Baku
Sunday, January 29, 2023

Azərbaycan İsraildə səfirlik açır – Prezident təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir.

Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Son xəbərlər
Digər xəbərlər
X