23 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan istehsalçıları öz məhsullarını Avropa bazarına pulsuz ixrac edə biləcəklər

Azərbaycan istehsalçıları öz məhsullarını Avropa bazarına pulsuz ixrac edə biləcəklər.  

Bunu “APA-Economics”ə elektron ticarət sahəsində fəaliyyət göstərən mənbə deyib. 

Onun sözlərinə görə, bu layihə Beynəlxalq Ticarət Mərkəzi (ITC – International Trade Centre) ilə birlikdə icra olunacaq. 

“Azərbaycan tərəfi öz təkliflərini ITC-yə təqdim edib və bununla bağlı artıq müsbət cavab alınıb. Layihə çərçivəsində İspaniyanın azad ticarət zonasında anbar yaradılacaq ki, ora Azərbaycandan olan istənilən istehsalçı təmənnasız olaraq öz məhsullarını tədarük edə biləcək. Anbardan isə məhsulların satışı elektron kommersiya vasitəsilə həyata keçiriləcək. Məhsullar artıq anbara yığılır”, – mənbə qeyd edib. 

Hazırda eyni qaydada Azərbaycandan 10-a yaxın istehsalçının məhsulları ABŞ bazarına ixrac edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər