26 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycan İtaliyaya $6.7 milyardlıq xam neft satıb

Azərbaycan neftinin ən iri alıcısı (43% payı var) İtaliya 2023-cü ildə alışı bir qədər də yüksəldib.

Banker.az xəbər verir ki, 2023-cü ilin ilk on bir ayı ərzində İtaliya Azərbaycandan 10.44 milyon ton həcmində xam neft alıb. Bu da təqribən 79 milyon barrel ətrafında alış deməkdir.

Xam neftin ixracına görə İtaliyadan Azərbaycana 6 milyard 659 milyon ABŞ dollarında valyuta daxil olub.

İtaliyaya ixrac illik müqayisədə 1.81 milyon və ya 21% artıb.

Xam neftin bir tonu bu ölkəyə 2022-ci ildən 15 faiz daha ucuz satılıb. Belə ki, 2022-ci ildə bir tonu 748 dollara satılırdısa, 2023-cü ilin müvafiq dövründə ortalama 638 dollara satılıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər