33 C
Baku
Wednesday, July 17, 2024

Azərbaycan iyunda mobil internetin sürətinə görə 3 pillə geriləyib

Bu ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 40.39 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb.

Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan may ayına nisbətən 3 pillə irəlilyib.

Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (200.24 MB/S), sonuncu yeri isə Sudan (140-cı yer, 2.38 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb. Əvvəlki ayla müqayisədə dəyişiklik olmayıb.

Son xəbərlər
Digər xəbərlər