29 C
Baku
Friday, July 18, 2025

Azərbaycan iyunda “OPEC+” kvotasından gündəlik 87 min barel geri qalıb

Bu ilin iyun ayında Azərbaycanda orta gündəlik neft hasilatı 464 min barel təşkil edib.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı may ayının səviyyəsində qalıb.

Azərbaycanın “OPEC+” sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, iyun ayında faktiki hasilat kvotadan 87 min barel aşağı olub.

Ötən il Azərbaycanda orta gündəlik neft hasilatı 482 min barel təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər