2020-ci ilin ilk 4 ayında Azərbaycana 26 milyon 761 min dollar dəyərində 5 min 353 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 4 ayı ilə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı məbləğ və miqdar ifadəsində 30% artıb.
Belə ki, 2019-cu ilin ilk 4 ayı ərzində Azərbaycana 20 milyon 588 min dollar dəyərində 4 min 115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.