22 C
Baku
Sunday, June 26, 2022

Azərbaycan Mərkəzi Bankı “Akkord”ları cərimələyir

Azərbaycan Mərkəzi Bankı “Akkord”lar barədə cərimə protokolu tərtib edərək Nizami Rayon Məhkəməsinə göndərib.

Bu barədə Banker.az-ın əldə etdiyi informasiyada deyilir.

Maliyyə Bazarlarının requlyatoru ana şirkət sayılan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və törəmə “Akkord Hydrotechnıcal Constructıon Company” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib.

Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən “Akkord” 2005-ci ildə təsis edilib.

“Akkord”a yaxın iki tikinti şirkəti adını dəyişdirdi

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

 

Son xəbərlər
Oxşar xəbərlər