23 C
Baku
Thursday, August 11, 2022

Azərbaycan Mərkəzi Bankı bu gün hərracda 50 mln. dollar satıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, yanvarın 7-də mütəşəkkil banklararası bazarda keçirdiyi valyuta hərracında 50 mln. ABŞ dolları satıb. Bununla da bankların cari tələbinin təxminən 20%-nin qarşılandığı bildirilir. 

Banker.azın “Report”a istinadən verdiyi xəbərə görə , hərracdan dərhal sonra nağd dolların alış-satış məzənnəsi 1,65-1,70 AZN/USD-dən 1,75-1,80 AZN/USD-yə qədər yüksəlib. Hazırda satışın 1,80-dən həyata keçirildiyi bildirilir. i

“Bank dairələrindən verilən məlumata görə, sabah AMB-nin hərrac keçirməyəcəyi bildirilir. Belə olarsa, həftə sonu nağd dolların satış məzənnəsinin 2,00 AZN/USD-yə qədər yüksəlmə ehtimalı yaranır”, – deyə “Report”un analitikləri vurğulayıb.

Son xəbərlər
Oxşar xəbərlər